Modern.az xəbər verir ki, qızılın qiymətinin son 6 ildə ən aşağı həddə düşməsi meksikalı milyarder Karlos Slimi 7,2 milyard dollar ziyana salıb.
Belə ki, qızılın qiymətinin aşağı düşməsi Karlos Slimin 78% səhmlərinə sahib olduğu “Frisco” mədən şirkətinin dəyəri 7,2 milyard dollar ucuzlaşıb.
“Frisco” ilə bərabər Slimin rəhbəri olduğu iri telekommunikasiya şirkəti “America Movil SAB” da 12 faiz dəyərdən düşüb. Slimin sahibi olduğu “Grupo Financiero Inbursa SAB” bankının səhmləri də ucuzlaşmaqdadır.
Slimin şirkətləri arasında ən çox ucuzlaşan “Frisco” şirkətidir. Slimin 1984-cü ildə satın aldığı şirkət işlətdiyi 9 kömür mədənində qızıl və gümüş istehsal edir.
Modern.az