Modern.az

Çindəki devalvasiya neftin qiymətinin artmasına təsir edir

 Çindəki devalvasiya neftin qiymətinin artmasına təsir edir

13 Avqust 2015, 22:50

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin pul vahidi yuanın dəyərini dollar qarşısında üç gündə üç dəfə devalvasiya etməsinin, orta və uzun perspektivdə ölkənin neft tələbatını artıracaq.

İqtisadçılar hesab edirlər ki, Çin devalvasiyanı ölkənin ixrac gücünü artırmaq məqsədilə həyata keçirir. Belə ki, artan ixracın Çinin iqtisadi inkişafına təkan verəcəyi və nəticədə neftə tələbatın artacağı gözlənilir. Bu isə öz növbəsində neftin qiymətinə təsir edəcək. Qeyd edək ki, Çinin devalvasiya qərarından sonra nisbətən neft bahalaşır. Bu gün brent neftinin barelinin qiyməti 50 dollardan yuxarı qalxıb.

Modern.az

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama