Modern.az

“Azərsun Holding” qiymət artımını təsdiqlədi

 “Azərsun Holding” qiymət artımını təsdiqlədi

İqtisadiyyat

19 Avqust 2015, 22:46

 

Modern.az xəbər verir ki, “Azərsun Holding” son günlər ölkənin istehlak bazarında müşahidə olunan məhsulların qiymət artımına münasibət bildirib.

Holdinqin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov açıqlamasında bildirib ki, “Azərsun”un bütün məhsullarının qiymətini 20-35 faiz arasında bahalaşdırması ilə bağlı mətbuatda gedən xəbərlər həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, şirkət məhsullarında cəmi 3-5 faiz bahalaşma tətbiq edilib ki, bu da bütün məhsullara aid deyil.

A.Səfərov bildirib ki, dünyada müşahidə olunan iqtisadi böhran, Çində yuanın devalvasiyası bu prosesə təsir göstərib. O qeyd edib ki, iqtisadi böhranla bağlı holdinqin bəzi məhsullarının qiyməti yüksəlsə də, bəzilərinin qiymətində ucuzlaşma olub.

Qeyd edək ki, sosial şəbəkədə "Azərsun"un məhsulları orta hesabla 10% artırması barədə məlumat yayılıb.

Devalvasiyadan sonra dollar 34 faiz bahalaşdığından yerli istehsalçılar və idxalçılar çətin vəziyyətdə qalmışdılar. Hətta ötən 5 ayda iri ərzaq şirkətlərinin zərər ilə işlədiyi bildirilirdi. Yerli istehsalçılar bəzi xammalı və qablaşdırma məhsullarını xaricdən aldıqları üçün, dolların bahalaşmasının (34%-in) yarısı qədər - təxminən 17-20% bahalşama tələb edirdilər. İndiyə qədər İqtisadiyyat və Sənaye Nazirliyi qiymətlərin artırılmasına imkan vermirdi.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?