Modern.az

Mərkəzi Banka İTTİHAM: “Taktikaları strategiyasızdır”

Mərkəzi Banka İTTİHAM: “Taktikaları strategiyasızdır”

27 Avqust 2015, 10:11


“Mərkəzi Bankın bu günlərdə açıqladığı 2015-ci ilin 6 ayının yekunlarına həsr olunmuş pul siyasəti icmalının təhlili bır sıra mətləblərə aydınlıq gətirib. Belə ki, icmala görə bu ilin 1-ci yarısında valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artıb”. Modern.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.

Onun fikrincə, valyuta bazarında əməliyyatların 89%-i ABŞ dollarında, qalan 11%-i isə digər məzənnələrlə aparılıb.   “2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ABŞ dolları ilə əməliyyatların həcmi 2 dəfə, Avro ilə əməliyyatların həcmi isə 2.3 dəfə çoxalıb. Bu dövrdə ticarət balansının müsbət saldosu 5 dəfəyədək azalıb”,-deyə Qubad İbadoğlu qeyd edib.

Ekspert bildirib ki, 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərində məzənnə rejimini əsasən dəyişməz saxlayacağını bəyan edən və buna müvəffəq ola bilməyən Mərkəzi Bank dəyişən rejimdə yeni strategiya qura bilməyib.

“Ona görə də Mərkəzi Bankınn son dövrlər həyata keçirdiyi tədbirlər strategiyasız taktikalardır. Belə ki, Mərkəzi Bank 21 fevral 2015-ci ildən etibarən tətbiq edilən yeni əməliyyat mexanizmi çərçivəsində valyuta bazarının fəal iştirakçılarından biri olaraq qalsa da onun valyuta bazarında əməliyyatları müdaxilə dəhlizi çərçivəsində (satış və alış məzənnələri arasında diapazon) həyata keçirməsi yalnız taktiki xarakter daşıyır və inzibatı əsaslara söykənən köhnə məzənnə siyasəti çərçivəsində əvvəllər aparılan əməliyyatların təkrarıdır.  

Belə olan halda ölkədə bank sektorunun maliyyə dərinliyinin artırılması, faiz dərəcələrinin aşağı salınması və onun iqtisadi artımda daha effektiv iştirakının stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər demək olar ki, heç bir səmərə vermir. 

Odur ki, Mərkəzi Bankı 2015-ci il son rübü üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatına yenidən baxmağa və hazırkı situasiyada bazar elementlərinin də rol aldığı yeni məzənnə siyasətinə keçidi təmin etməyə çağırıram. Əks təqdirdə manatın məzənnəsinin sabitliyinə təhlükələr artacaq və milli valyutanın sabitliyi üçün risklərin minimallaşdırılmasınına nail oluna bilməyəcək”.  

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama