Modern.az

8 gündə dünyada milyarderlərin sayı azaldı

8 gündə dünyada milyarderlərin sayı azaldı

28 Avqust 2015, 12:29


Dünya fond birjalarında yaşanan böhran milyarderlərin sərvətlərinin də azalmasına səbəb olub. Modern.az “Forbes” jurnalına istinadən xəbər verir ki, son 8 gündə Rusiyada 5, Çində 21, ABŞ-da 9 və Hindistanda isə 6 milyarder azalıb. Ümumilikdə isə qlobal milyarder siyahısı 66 nəfəri itirib.

Ən çox maliyyə itkisinə uğrayan milyarder Çinin “Eternal Asia Supply Chain Management” logistik şirkətinin sahibi Çjou Qohuey olub. O 8 gündə 97 faiz varidatını itirib və 3,805 milyard dollar vəsaiti 119 milyon dollara qədər azalıb.

Vüqar İsmayılov

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama