Modern.az

Bakıda dərs ili ərəfəsində piyada zolaqları rənglənir - FOTOLAR

Bakıda dərs ili ərəfəsində piyada zolaqları rənglənir - FOTOLAR

3 Sentyabr 2015, 12:36

Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə mövcud və rəngi solmuş piyada zolaqlarının yenidən rənglənməsi işlərinə start verib.

“Azəryolservis” ASC-dən Modern.az-a bildirilib ki, rənglənmə işləri əsasən təhsil müəssisələrinin qarşısında və ətrafında olan yollarda həyata keçirilir.

Rənglənmə işləri ilə paralel olaraq vacib olan yerlərdə yeni piyada zolaqlarının çəkilişi işləri də aparılır. Bununla əlaqədar olaraq eyni anda aytaxtın bir-neçə ünvanında bu işlər həyata keçirilir. İşlər yeni tədris ilinin başlamasına qədər yekunlaşdırılacaq. Bundan sonra digər ərazilərdə də anoloji işləri aparılması nəzərdə tutulub. 





Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama