Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də 2015-ci ilin altı ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.
Modern.az xəbər verir ki, iclasda “Azəryolservis”in sədr vəzifəsini müvəqqəti icra edən Saleh Məmmədov çıxış edib.Deyib ki, şəxsən nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında 2015-ci ilin yanvar-iyun ayları ərzində “Azəryolservis” ASC tərəfindən 181,1 km yol tikilib, yenidən qurulub və təmir olunub, həmçinin 10 yeni körpü inşa edilib.
“Bakı I Avropa Oyunlarının keçirilməsi ilə bağlı Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən görülən işlər xüsusi əhəmiyyət kəsb edir. Ümumilkdə Bakı şəhəri üzrə son 6 ayda təmir və bərpa edilmiş, yenidən qurulmuş avtomobil yollarının ümumi uzunluğu 62,9 kilometrdir. Bakı şəhərində 4 körpü və tunel, 7 yerüstü və yeraltı piyada keçidləri də inşa edilib. Həmçinin yolların kənarlarında 49523 ədəd ağac və dekorativ kol bitkiləri əkilib”.