Bu gün Azərbaycanın maliyyə naziri Samir Şərifovun ad günüdür. Modern.az saytının məlumatına görə, 54 yaşı tamam olub.
Samir Samir Rauf oğlu Şərifov 7 sentyabr 1961-ci ildə anadan olub. 1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib , magistr dərəcəsi alıb.
1983 – 1991-ci illərdə keçmiş SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq demokratik Respublikası), iqtisadçı, 1991 - 1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini, 1995-2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında, Departament direktoru, baş direktor vəzifələrində çalışıb.
S.Şərifov 2001-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru olub.
2006-cı il aprel ayından isə Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə maliyyə naziri vəzifəsinə gətirilib.
S.Şərifov Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktor postunu da tutur.
2003-2006- cı illərdə Mineral Ehtiyatların Hasilatı İlə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyanın sədridir.
Evlidir, üç övladı var.
Qeyd edək ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1918-ci ildə, Azərbaycan Demokratik Respublikası elan edilən vaxt yaradılıb. O zamandan indiyədək Azərbaycanın maliyyə Nazirliyinə 23 məmur rəhbərlik edib.
Modern.az