Modern.az

Bakı-Sumqayıt qatarından yeni xəbər var

Bakı-Sumqayıt qatarından yeni xəbər var

7 Sentyabr 2015, 13:46


“Hazırda Bakı sərnişin stansiyasında turniketlərin və avtomat kassa köşklərinin quraşdırılması prosesinə start verilib”. Bu haqda Modern.az saytına “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov Bakı-Sumqayıt qatarının işə düşəcəyindən danışarkən məlumat verib.

Qurum rəsmisi deyib ki, Bakıdakı işlər dünəndən başlayıb: “Turniketlərin quraşdırılması yekunlaşmaq üzrədir. Paralel olaraq Biləcəri və Sumqayıt sərnişin stansiyalarında da bu prosesə hazırlıq işləri aparılır. Həmçinin Bakı sərnişin stansiyasından “28 May” stansiyasına birbaşa hərəkət üçün nəzərdə tutulan keçiddə də işlər yekunlaşmaq üzrədir.

Bütün istiqamətlərdə hazırlıq işləri davam edir. Hərş ey planlaşdırıldığı kimidir. Bakı-Sumqayıt qatarları təyin olunan vaxtda – sentyabrın 15-də sərnişinlərin istifadəsinə veriləcək”.

N.Əzməmmədov bildirib ki, teminallar tam hazır olandan sonra sərnişinlərə bilet almaq üçün lazımi izahat veriləcək:
“Səhər saat 06:00-12:00-a qədər Sumqayıtdan Bakıya, əks istiqamətdə isə saat 16:00-dan 21:00-a qədər sıxlıq olur. Bu vaxtlar nəzərə alınaraq qatarlar hər yarım saatdan bir, adi vaxtlarda isə 1 saatdan bir hərəkət edəcək. Nəzərinizə çatdırım ki, bu yekun qrafik deyil. Sərnişin sıxlığındana asılı olaraq dəyişiklik gözlənilir”.

Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Sərnişinlər surət qatarları vasitəsilə cəmi 40 dəqiqəyə Bakıdan Sumqayıta və əksinə hərəkət edə biləcəklər. Bakı-Sumqayıt arasında uzunluğu 63 km olan yol əsaslı təmir olunub və 1,6 km uzunluğunda əlavə yol inşa edilib.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama