Paytaxtda yaşayanlar havanın həddindən artıq çirkləndiyini hər gün hiss edir. Meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti proqnozlaşdırılan günlərdə nəfəs almaq isə çox çətin olur. Buna baxmayaraq, birtəhər yaşayırıq...
Ekologiya və Təbii Sərvətlər Nazirliyi gündəlik olaraq iri sənaye şəhərlərində havanın çirklilik dərəcəsi ilə bağlı məlumat hazırlayır. Maraqlıdır, verilən göstəricilər normativlərə uyğundurmu?
Ekoloq Telman Zeynalov Modern.az saytına deyib ki, bu göstəricilərin normaya uyğunluğunu bilmək üçün atmosferi öyrənmək lazımdır:
“Atmosferdəki inqridiyentlərin norması barədə məlumat vermək çox çətindir. Bunun üçün atmosferi öyrənmək, küləyin istiqamətini, səbəbini müəyyənləşdirmək, məsələni elmi əsaslarla öyrənmək lazımdır. Təəssüf ki, bu gün bütün dünyada elm yaddan çıxıb. SSRİ dövründə bu sahəyə vəsait ayrılırdı, bunun müqabilində alimlər araşdırmalar aparırdılar. Müstəqil dövlətlər elmə pul buraxmırlar. İki ildir Rusiya bu sahəyə pul ayırmağa başlayıb. Onlar anladılar ki, dünyanın qarşısında tab gətirmək üçün elmə önəm verilməlidir. Demək olmaz ki, Azərbaycanın iri şəhərlərindəki çirklənmələr təkcə oradakı sənaye ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, başqa regionların ərazisindən küləklə gətirilən çirkli maddələr də var”.
Ekoloq bildirib ki, əgər külək əsirsə, havada kükürd, dəm qazı, his, azot-4 oksidin olması normaldır:
“Hazırda ətraf mühit o qədər çirkləndirilib ki, havada olan inqridiyentlərin miqdarı həddindən artıqdır. Xərçəng, ürək, qan-damar xəstəliklərinin yayılmasının hamısı bunu sübut edir. Bu təkcə ölkənin iri sənaye müəssisələri olan şəhərlərdə gedən proseslərlə yox, eyni zamanda fəzadan gələn çirklənmələrlə əlaqədardır.
Atmosferin tərkibində dəm qazının müəyyən miqdarda olması normaldır. Miqdarın artıb-azalmasının səbəbi küləkdən asılıdır. Əgər külək əsirsə, onu aparacaq, əsmirsə, dəm qazı yığılıb parnik effekti yaradacaq və insanlar nəfəs ala bilməyəcəklər. Bu, iqlimdən asılıdır”.
Telman Zeynalov paytaxtda baş verən çirklənmənin əsas səbəbini şəhərin həddindən artıq yüklənməsi ilə bağlayıb:
“Hazırda Bakıda 1 milyondan çox maşın var. Deyirlər ki, Avro-5 standartına keçmişik. Avro 5-ə keçmək üçün mənim maşınımın mühərriki buna cavab verməlidir. İkincisi, Azərbaycanda Avro 5-ə müvafiq yanacaq istehsal olunmur. Yalandan deməklə deyil. Bizim heç bir şirkətimiz o yanacağı istehsal etmir”.
Ekspert çıxış yolunu yeni qərarların qəbul olunmasında görür: “İlk növbədə Elmlər Akademiyası və digər elmi ocaqların özünü maliyyələşdirmə sisteminə keçməsi ilə bağlı sərəncam verilməlidir. Yaxşı olardı ki, 5-10 il ərzində dövlət büdcəsindən bu sahəyə vəsait ayrılsın, bunun əsasında texnologiyalar, normativ sənədlər işlənilsin. 20 ildən çoxdur müstəqillik qazanmışıq, amma heç bir elmi ocaqda iş getmir. Beləcə, alimlər məhv olub gedir. Dövlətin gücü isə elmi ocaqdadır. Elmi ocaq sıfıra bərabərdirsə, dövlət də sıfıra bərabərdir. Xammal var, satacaqsan, yeyib-içəcəksən, bəs sonra?!
Ekoloq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son illər gördüyü işləri müsbət qiymətləndirib: “Onların fəaliyyətində irəliləyiş hiss olunur. Onların bütün bölmələri lazımi səviyyədə işləyir. Nazirlikdə Vətəndaş Cəmiyyəti Şurası yaradılıb. Mən də onun sədriyəm, ətraf mühitə aid olan bütün sahələrə aid alimlər cəlb olunub. Sentyabr ayının 25-də ilk toplantı keçiriləcək və bütün problemlər müzakirə olunacaq. Mən çalışdım ki, şuraya daxil olanlar əsasən alimlər olsunlar”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin respublikanın iri sənaye şəhərlərində atmosfer
Maksimal qatılığın yol verilən qatılıq həddinə nisbəti | |||||
İnqrediyentlər | Toz | Kükürd qazı | Dəm qazı | Azot 4-oksid | His |
Yol verilən qatılıq həddi (mq/m3) | 0.5 | 0.5 | 5 | 0.085 | 0.15 |
Bakı | 0.4-0.9 | 0.0-0.3 | 1.2-1.7 | 2.9-3.4 | 0.1-0.6 |
Sumqayıt | 0.3-0.8 | 0.0-0.3 |
| 1.1-1.6 |
|
Gəncə | 0.2-0.7 | 0.0-0.3 |
| 0.5-1.0 |
|
Mingəçevir | 0.3-0.8 | 0.0-0.3 | 0.3-0.8 | 0.1-0.6 |
|
Naxçıvan | 0.0-0.5 | 0.0-0.3 |
| 0.5-1.0 |
|
Şirvan | 0.2-0.7 | 0.0-0.3 |
| 0.5-1.0 |
|
Şəki | 0.0-0.5 | 0.0-0.3 | 0.1-0.6 | 0.2-0.7 |
|