“Əmrahbank”ın amrahbank.az və amrahbank.com ünvanında yerləşən rəsmi veb-saytlarına daxil olmaq mümkün deyil. Saytın İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tabeliyində olan haker qruplarının hücumuna məruz qaldığı bildirilir.
“Əmrahbank”ın informasiya şöbəsindən Modern.az saytına bildirilib ki, bankın saytında problem tam aradan qaldırıldıqdan sonra ictimaiyyətə geniş açıqlama veriləcək.
Bank əməkdaşı qeyd edib ki, hazırda saytda problem davam edir: “Çünki sayta daxil olarkən monitorda yalnız reklamlar görünür. Buna görə də maraqlanan hər kəsə səbirli olmağı tövsiyə edirik”.
Gülşən RAUFQIZI