Modern.az

"2016-cı ilin dövlət büdcəsində neftin qiyməti 50-55 dollardan götürülməlidir"

"2016-cı ilin dövlət büdcəsində neftin qiyməti 50-55 dollardan götürülməlidir"

14 Sentyabr 2015, 12:35

2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir. "APA-Economics"in xəbərinə görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

R. Abdullayevin sözlərinə görə, dünya bazarında neftin hazırkı qiyməti dövlət büdcəsinə mənfi təsir göstərir:

"Əgər satdığımız malın qiyməti iki dəfədən artıq enibsə, deməli satışdan alınan gəlir də müvafiq olaraq 2-2,5 dəfə azalır. Bu isə o deməkdir ki, büdcəyə etdiyimiz ödənişlər və gələn il üzrə ödənişlər aşağı düşəcək. Bu, təbii prosesdir. Düşünürəm ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir".

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama