Modern.az

Bakı qeydiyyatı olmayan maşınların paytaxta girişi dayandırıldı

Bakı qeydiyyatı olmayan maşınların paytaxta girişi dayandırıldı

15 Sentyabr 2015, 09:36


Bu gündən -15 sentyabr tarixindən etibarən Bakı qeydiyyatında olmayan minik və yük avtomobillərinin paytaxta girişinə icazə verilmir.

Modern.az
saytının məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qərar verib. Qərara əsasən, sentyabrın 15-dən Bakı qeydiyyatında olmayan avtomobillər səhər saat 07:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacaqlar. Onlar yalnız gecə saat 24:00-dan səhər saat 07:00-a qədər Bakıya daxil ola bilərlər.

Bakıya fərdi avtomobili ilə gələnlər nəqliyyat vasitəsini şəhərin cənub və şimal girişlərində yaradılan dayanacaqlarda saxlamalı olacaqlar. Bununla əlaqədar paytaxta şimal və cənub istiqamətlərindən gələn avtonəqliyyat vasitələri üçün Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 17-ci kilometrliyində yerləşən və “VAZ yol qovşağı” adlanan sahədə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 15-ci kilometrliyində, Lökbatan qəsəbəsi yaxınlığındakı duracaqlar yaradılıb. Duracaqlardan istifadə pulsuzdur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama