Modern.az

Prezidentlər İlham Əliyev və Miloş Zeman Bakıda bəyanat verdilər

Prezidentlər İlham Əliyev və Miloş Zeman Bakıda bəyanat verdilər

15 Sentyabr 2015, 18:03



Sentyabrın 15-də Bakıdakı rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Prezidenti Miloş Zemanın təkbətək görüşü olub.

Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Bu səfərin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Əlaqələrin möhkəmləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulanıb.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Təkbətək görüş başa çatdıqdan sonra İlham Əliyevin və Miloş Zemanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Gniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Prezidenti Miloş Zemanın iştirakı ilə Azərbaycan-Çexiya sənədləri imzalanıb.

Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Prezidenti Miloş Zeman imzalayıblar.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Çex Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov və Çex Respublikasının kənd təsərrüfatı nazirinin müavini xanım Yaroslava Beneş Şpalkova imzalayıblar.

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Prezidenti Miloş Zemanın birgə mətbuat konfransı olub.

Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış ediblər. Sonra jurnalistlərin sualları cavablandırılıb.

 

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama