Modern.az

8 azərbaycanlı ailəsində dördəm əkizlər doğuldu

8 azərbaycanlı ailəsində dördəm əkizlər doğuldu

16 Sentyabr 2015, 13:26

Əvvəllər Azərbaycanda əkiz və ya üçəm uşaqların dünyaya gəlməsi xəbərləri maraqla qarşılanırdı. Lakin sonralar doğuş zamanı 4 və ya 5 uşağın dünyaya gəlməsi xəbərlərinin çoxalması əkiz və üçəmlər haqqında məlumatları kölgədə qoydu. Son illər, Azərbaycanda da  doğum zamanı 4 və ya 5 uşağın dünyaya gəlməsi halları artıb.

Dövlət Statistika Komitəsindən doğulan uşaqların sayı haqqında Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2015-ci ilin ilk altı ayı ərzində Azərbaycanda 78,4 min körpə doğulub. Bu körpələrin 1370-i əkiz, 48-i üçəmdirlər. Bu ilin altı ayı ərzində dünyaya gələn uşaqlardan yalnız 8-i dördəm doğulanlardır.

Statistika Komitəsindən bildirilib ki, onlarda beşəm və daha yuxarı sayda uşaq doğumu halları qeydə alınmadığı üçün bu haqda məlumat yoxdur.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama