Modern.az

AZAL əl yükünün çəkisini artırdı

AZAL əl yükünün çəkisini artırdı

İqtisadiyyat

23 Sentyabr 2015, 17:29

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) bütün reyslərində əl yükünün icazə verilən çəkisini artırıb.

 “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib ki, ekonom sinfinin sərnişinləri çəkisi 8 kiloqrama, biznes sinfin müştəriləri isə çəkisi 15 kiloqrama qədər olan əl yükünü özləri ilə götürə bilərlər. 

Bundan əvvəl əl yükünün icazə verilən maksimum çəkisi 5 kiloqram idi. 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama