Modern.az

Dünya ölkələrinin rəqabətə davamlılıq reytinqi açıqlandı - Azərbaycan qonşuları qabaqladı

Dünya ölkələrinin rəqabətə davamlılıq reytinqi açıqlandı - Azərbaycan qonşuları qabaqladı

30 Sentyabr 2015, 12:23

Dünya İqtisadi Forumu ölkələrinin rəqabətə davamlılıq dərəcəsini müəyyən edən illik reytinq cədvəlrini açıqlayıb. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, 12 qrupda birləşdirilən 111 kriteriya üzrə (təhsil səviyyəsi, texnoloji inkişaf, infrastuktur) hazırlanan reytinqdə Azərbaycan ötən illə müqayisədə 2 pillə geriləyərək 40-cı pillədə qərarlaşıb. Buna baxmayaraq, 6 ballıq sistem üzrə 4,8 bal toplayan Azərbaycan Qafqaz və keçmiş postsovet ölkələri arasında rəqabətə davamlılıq baxımından ən yüksək nəticələrə malikdir

Rəqabətə davamlılıq reytinqində qonşu dövlətlərdən Gürcüstan 66-cı, Ermənistan 82-ci, Rusiya 45-ci, Türkiyə 51-ci, İran isə 74-cü pillədə qərar tutub.

Modern.az ən rəqabətə davamlı 10 ölkəni təqdim edir.

  1. İsveçrə - 5,8
  2. Sinqapur – 5,7
  3. ABŞ – 5,6
  4. Almaniya – 5,5
  5. Hollandiya – 5,5
  6. Yaponiya – 5,5
  7. Honqkonq – 5,5
  8. Finlandiya – 5,5
  9. İsveç – 5,4
  10. Böyük Britaniya – 5,4

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama