Modern.az

Milli Məclis büdcə müzakirələrinə başladı

Milli Məclis büdcə müzakirələrinə başladı

2 Oktyabr 2015, 11:26


Azərbaycanın 2016-cı il dövlət büdcəsi layihəsi ilə bağlı Milli Məclisdə müzakirələr başlayıb.

Modern.az saytı xəbər verir ki, büdcə zərfi parlamentin İqtisadi siyasət, Aqrar siyasət, Sosial siyasət, Təhlüəsizlik və müdafiə, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında müzakirələrə çıxarılıb.

İclasda maliyyə naziri Samir Şərifov da iştirak edir.

Qeyd edək ki, 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiymətinin 1 barreli üçün 50 ABŞ dolları götürülüb.

Layihəyə görə, gələn ilin dövlət büdcəsinin gəlirləri 14566 mln. manat (bunun 6000 mln. manatı Dövlət Neft Fondundan transfertlər təşkil edəcək) proqnozlaşdırılıb.

Gələn ilin dövlət büdcəsinin xərcləri isə 16264 mln. manat proqnozlaşdırlıb.

Büdcə kəsirinə gəldikdə, bu, gələn ilin dövlət büdcəsi layihəsində 1698 mln. manat göstərilib.

Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 17080 mln. manat, xərcləri 17730 mln. manat, kəsir isə 650 mln. manat olub.

Bu isə o deməkdir ki, Azərbaycanın dövlət büdcəsinin gəlirləri 4872 mln. manat, xərcləri  4836 mln. manat az proqnozlaşdırılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama