Modern.az

Deputat Mərkəzi Bankla Vergilər Nazirliyindən narazılıq etdi

Deputat Mərkəzi Bankla Vergilər Nazirliyindən narazılıq etdi

2 Oktyabr 2015, 13:17


Milli Məclisin bir neçə komitəsinin büdcə zərfi müzakirəyə edilən iclasında deputat Vahid Əhmədov bildirib ki, gələn ilin büdcə gəlirlərinin xərclər hissəsində 25 faiz azalma olsa da, sosial yönümlü xərclərdə azalma yoxdur, əksinə artım var.
Modern.az xəbər verir ki, deputatın sözlərinə görə, gələn ilin büdcə layihəsində sosial yönümlü layihələr büdcənin 40 faizinə qədərini təşkil edir. İnvestisiyaya qoyulan xərclər azalıb.

“Diqqət çəkən məsələlərdən biri də neftin qiymətinin 50 dollara düşməsidir. Bunun da bir sıra səbəbləri var. İranın sanksiyalardan azad olunması, İran neftinin 2016-cı ildə dünya bazarına çıxarılması və s.  Sosial yönümlü xərclərdə isə azalma müşahidə olunmur. Neftin qiymətinin aşağı olması eyni zamanda da qeyri-neft sektorunun inkişafına da səbəb olacaq.
2016-cı ildə vergi yığımında da ciddi problemlər gözlənilə bilər. Rəqəmlərdən də görürük ki, Vergilər Nazirliyi 6 ayda bu sahədə ciddi addımlar atıb, islahatlar aparıb. 2016-cı ildə dövlət büdcəsində 1 dolların məzənnəsi 1 manat 5 qəpik göstərilir. Məlumdur ki, devalvasiya nəticəsində manatın dəyəri aşağı düşdü. Bu problemlə bağlı əhali çox narahat idi və indi də vəziyyət düzəlməyib.
Milli Məclisdəki büdcə müzakirələrində bir çox rəhbər şəxslər iştirak etmirlər. Mərkəzi Bank, Vergilər Nazirliyindən nümayəndələr görünmür, iclaslara laqeyd münasibət göstərirlər. Rayonlarda maliyyə idarələri icra Hakimiyyətlətinin göstərişlərini yerinə yetirirlər. Korrupsiya halları daha çox aşkar olunur. Yaxşı olar ki, maliyyəyə nəzarətlə bağlı qanun qəbul edilsin və korrupsiya faktının qarşısı alınsın”.

Aytən Zəhra

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama