Modern.az

Nobel prospektində “qırmızı asfalt” döşənir - FOTO

Nobel prospektində “qırmızı asfalt” döşənir - FOTO

İqtisadiyyat

13 Oktyabr 2015, 12:52

Paytaxt Bakının yol təsərrüfatında bir müddət bundan öncə yenilik edilmişdi. İlk dəfə olaraq və sınaq məqsədi ilə Babək prospektində tünd qırmızı rəngli asfalt-beton örtüyü döşənmişdi. Yenilik Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində ayrıcı zolağa tətbiq edilmişdi.

Hazırda bu yenilik Nobel prospektində tətbiq edilir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Modern.az-a məlumat verilib. Prospektin ayrıcı zolağına tünd qırmızı rəngdə asfalt-beton örtüyü döşənir. Rəngli asfalt-beton örtüyü ilkin etapda “Ağ şəhər”in qarşısından Süleyman Əhmədov küçəsi ilə kəsişməsinə qədər olan 2500 metrlik hissədə yol ayrıcına döşənir. Rəngli asfaltın sözügedən əraziyə döşənməsi vizual olaraq prospektə estetik gözəllik qatır.

Rəngli asfalt-beton örtüyünün adi asfaltdan keyfiyyət baxımından heç bir fərqi yoxdur. Sadəcə olaraq asfalt zavodda hazır olduqdan sonra xüsusi qurğuda onun tərkibinə rəngləyici maddə qatılır və qarışdırılır. Nəticədə rəngli asfalt-beton alınır.



Modern.az

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama