Modern.az

Baş bankirdən AÇIQLAMA:" Dollarlaşma artır"

Baş bankirdən AÇIQLAMA:" Dollarlaşma artır"

İqtisadiyyat

13 Oktyabr 2015, 13:48


“Manatın devalvasiyası dollarlaşmanın artması ilə müşahidə olunub”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Mərkəzi Bankın əsdri Elman Rüstəmov deyib.  

O qeyd edib ki, bugünkü dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir. “Biz dollarlaşmaya olduqca normal baxırıq. Bütövlükdə devalvasiyadan sonra bazarda sakitlik olub. 2014-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları 15 mlrd. dollar olub. Bu ehtiyatları biz daxili bazardan almışdıq.  

Devalvasiyadan sonra ilk dəfə may-iyun aylarında biz daxili bazardan dollar aldıq. İyul ayında isə dollarlaşma səviyyəsi yenidən yüksəldi. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir".  

Elman Rüstəmov bildirib ki, hazırda Mərkəzi Bankda valyuta ehtiyatlarının 7 mlrd. dollardır və bu göstərici beynəlxalq normalara uyğundur. Baş bankir əlavə edib ki, üzən məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır:  

"Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq".  

O eyni zamanda qeyd edib ki, bu günə qədər İpoteka Fondunun xətti ilə 700 milyondan çox, 17500-ə yaxın ailəyə ipoteka krediti verilib.  “İpotekanın canlandırılması mühüm əhəmiyyət kəsb edir.  İlk növbədə vəsaitin artırılması faizlərin azaldılması nəzərdə tutulub. Bu prosesə Mərkəzi Bank tərəfindən ciddi dəstək veriləcək”.   

Aytən Zəhra

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama