Modern.az

“Vergi sahəsində əsaslı islahatlara gedilməlidir” – İki deputatın bir təklifi

“Vergi sahəsində əsaslı islahatlara gedilməlidir” – İki deputatın bir təklifi

İqtisadiyyat

13 Oktyabr 2015, 17:23


Milli Məclisin bugünkü iclasında deputatlar Vahid Əhmədov və Əli Məsimli çıxışlarını birləşdirib tezis şəklində parlamentə təqdim ediblər.

Modern.az xəbər verir ki, deputatlar hökuməti əlavə gəlir mənbələrini axtarıb tapmaq üçün səy göstərməyə çağırıblar:  

“Bu mənbələri regionlarda da axtarmaq mümkündür. Ən böyük mənbələrdən biri kiçik və orta biznesin inkişaf etdirilməsidir. “Kömək etmirsənsə, heç olmasa mane olma” prinsipi ilə yanaşmaq lazımdır. Bu, orta təbəqənin inkişafı üçün böyük bir mənbə olacaq”.  

Vergi sahəsində əsaslı islahatlara gedilməsinin vaxtının çatdığını xatırladan deputatlar qeyd ediblər ki, daxili və xarici investisiyalar böyük miqdarda əlavə gəlirlər gətirə bilər:  

“Xərclərdə şəffaflığın, səmərəliliyin artırılması, monitorinqlərin aparılması istiqamətində işlər aparmaq və effektli nəticələr əldə etmək olar. Büdcədə əsaslı xərclər azalsa da, sosial xərclər azalmayıb.  

Bu, çox müsbət haldır. İcbari tibbi sığortanın tətbiqi, ipoteka, təhsil kreditləri, yerlərdə su, qaz və yol layihələrinin həyata keçirilməsi istiqamətində işlər sürətləndirilməlidir”.    

Aytən Zəhra  


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama