Modern.az

Türkiyə Rusiyanı arbitraj məhkəməsinə verdi

Türkiyə Rusiyanı arbitraj məhkəməsinə verdi

İqtisadiyyat

27 Oktyabr 2015, 14:36



Türkiyənin qaz inhisarçısı olan “Botaş” şirkəti Rusiyanı beynəlxaql arbitraj məhkəməsinə verib. Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, Türkiyə şirkəti “Qazprom” şirkətindən qaz satışında güzəştlər tələb edir.

  2014-cü il dekabrın 29-da Rusiya və Türkiyə arasında imzalanan müqaviləyə əsasən rus qazı rəsmi Ankaraya güzəştlərlə satılmalı idi, lakin bu razılaşma “Türk axını” layihəsinin işə başlaması ilə əlaqələndirilirdi. 

Türkiyədə parlament seçkiləri ilə bağlı qeyri-müəyyən situasiya yarandığı üçün müqavilənin imzalanması hələlik mümkün olmayıb.  

“Botaş” şirkəti Rusiyadan hər min kub metr qaz üçün 10 faiz güzəşt tələb edir.  Türkiyə Çindən sonra Ruisydan ən çox qaz alan ölkədir.  

Vüqar İsmayılov
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama