Modern.az

Bakı-Sumqayıt qatarı ilə 75 min sərnişin daşınıb - AÇIQLAMA

Bakı-Sumqayıt qatarı ilə 75 min sərnişin daşınıb - AÇIQLAMA

27 Oktyabr 2015, 15:46


Sentyabrın 12-dən oktyabrın 27-nə kimi Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən elektrik qatarları 75 min  sərnişinə xidmət göstərib.

Bu haqda Modern.az saytına “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

O qeyd edib ki, “Stadler Rail Group” şirkətinin istehsalı olan KİSS markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin sayı artmaqdadır:

“Sentyabrın 12-dən oktyabrın 27-nə kimi Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları 74 059 nəfər sərnişinə xidmət göstərib.

Belə ki, Bakı sərnişin stansiyasından standart vaqonlara 39 232, biznes sinfinə aid olan vaqonlara 1 439, Sumqayıt stansiyasından standart vaqonlara 32 473, biznes sinfinə aid olan vaqonlara isə 915 bilet satılıb”.  

Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama