Daşınmaz əmlak bazarında durğunluq davam edir. Bu haqda Modern.az saytına məlumat verən “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov qeyd edib ki, ötən ilin uyğun ayı ilə müqayisədə aktivlik 2 dəfədən də aşağı düşüb: “Qiymətlər 18,55 faiz azalıb və proses davam edir”.
Nüsrət İbrahimov fərdi yaşayış evlərinin bahalaşdığına dair fikirlərin tamamilə yanlış olduğu qənaətindədir:
Ekspert deyib ki, torpaq bazarında il ərzində azalma 11,84 faiz olub:
“Bu seqmentdə ilin I yarısında artım olduğu halda, son 2 ayda davamlı azalma müşahidə edilməkdədir”. Kirayə bazarına gəlincə, Nüsrət İbrahimov bu bazarda il ərzində orta qiymətin 29,95 faiz aşağı endiyini vurğulayıb: “Kirayə evlərinin böyük əksəriyyəti artıq boşalır. Yalnız tələbələrin yaşadıqları və seçdikləri mənzillərə stabil tələb var”.
Ekspert regionlarda daşınmaz əmlakla bağlı məsələlərə də aydınlıq gətirib: “Orta bazar qiyməti 337 azn/kv.m təşkil edir. Burada da tələb və aktivlik çox aşağı səviyyədə olmağına baxmayaraq qiymətlərin azalma tempi şəhər ilə müqayisədə 2 dəfədən azdır. Bu isə onunla izah edilir ki, regionlarda satış qiyməti maya dəyərinə çox yaxındır. Qiymətin elastikliyi az olduğundan dəyişmə amplitudası da məhduddur”.
Gülşən RAUFQIZI