Modern.az

Azərbaycanda evlənmək istəyən 161 nəfərdə sifilis aşkarlandı

Azərbaycanda evlənmək istəyən 161 nəfərdə sifilis aşkarlandı

4 Noyabr 2015, 18:02


Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağli tələblər qüvvəyə mindiyi andan - iyunun 1-dən noyabrın 1-nə kimi B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutu tərəfindən 65138 şəxs müayinə olunub.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, müayinələrin nəticələrinə görə 161 nəfərdə sifilis, 45 nəfərdə HİV, müayinə olunanlardan ümumilikdə isə 4213 nəfərdə isə talassemiya daşıyıcılığı aşkar olunub.

 Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinə prosesi və buna dair bütün tələblər 2015-ci il iyunun 1-dən icra olunmağa başlayıb.

 İş prosesinin təşkili, əhalinin maarifləndirilməsi, eləcə də ictimaiyyəti qanunun icrasına dair məlumatlandırmaq məqsədi ilə paytaxt Bakıda və regionlarda jurnalistlər uçun görüşlər təşkil olunub. Bakı, Qusar, Mingəçevir və Cəlilabadda təşkil olunmuş turlarda, nikaha daxil olmaq istəyən cütlükdən müayinələr uçun toplanan qan nümunələri götürülmüş, ailə sağlamlığının müxtəlif məsələləri haqqında müzakirələr aparılıb. Eyni zamanda, paytaxt və regionlardakı tibb müəssisələrinin və tibbi personalın prosesə tam hazırlığı məqsədi ilə müvafiq şərait yaradılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama