Modern.az

"Bank Technique"yə yeni sədr təyin edilib

"Bank Technique"yə yeni sədr təyin edilib

6 Noyabr 2015, 16:33



“Bank Technique” ASC-nin Müşahidə Şurasının qərarı ilə Eldar Hüseyn oğlu Cəfərov bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

“Bank Technique”dən verilən məlumata görə, E.Cəfərov 1974-cü ildə Tovuz şəhərində anadan olub. 1990-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 2009-cu ildə ABŞ-ın Bankirlər Assosiasiyasının Stonier ali bank məktəbinin məzunu olub.

1995-ci ildən Azərbaycanın bank-maliyyə sektorunda müxtəlif vəzifələrdə çalışmış E.Cəfərovun Azərbaycanın nüfuzlu bank olmayan kredit təşkilatlarının – “Cred Agro” və "Mol Bulak"ın yaradılmasında və idarəetməsində müstəsna rolu olub.

 “Bank Technique”ə təyinat alanadək isə E. Cəfərov “Mol Bulak” BOKT-ın direktoru vəzifəsini icra edib.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama