Modern.az

Dolların bahalaşması Azərbaycanın qızıl bazarını da “vurub” - REPORTAJ

Dolların bahalaşması Azərbaycanın qızıl bazarını da “vurub” - REPORTAJ

12 Noyabr 2015, 10:02


Qızıl alarkən nəyə diqqət yetirməli?.. Bu və digər suallarımıza cavab tapmaq üçün Mərkəzi Univermaqa yollandıq. Univermaqda qızıl satışı ilə məşğul olan Heyran Sadirova həmsöhbətimiz oldu. Modern.az-a müsahibəsində bildirdi ki, univermağın qızıl satışı mağazalarında vəziyyət acınacaqlıdır.  Buna isə dolların kursunun qalxması, manatın ucuzlaşması səbəb olub.  

“Çünki biz qızılları dollarla alırıq, bu da qiymətə təsir edir. Alıcılıq qabiliyyəti aşağıdır, demək olar ki, yox vəziyyətindədir. Əvvəlki vaxtlara nisbətən indi müştərilər 80% azalıb”.

Müsahibimiz bildirdi ki, hazırda ən zəif satılan qızıl rus qızılıdır. Daha çox satılan qızıl isə italyan (750 əyarlı) və Türkiyə (585 əyarlı) qızılıdır.  Qızıl məmulatları əasasən Dubaydan və Türkiyədən gətirilir.

“Adı İtaliya qızılı olsa da, əsasən Dubaydan gətirilir çünki istehsalı orada da var.  İtaliyanın özündə istehsal olan qızıllar isə Bakıda ən tanınmış mağazalara gətirilir, bizim  univermaqda da olur, amma qiyməti çox yüksək olur”.



Heyran Sadirova deyir ki, ayda bir neçə dəfə Maliyyə Nazirliyinin Qiymətli metallara və qiymətli daşlara nəzarət üzrə Dövlət Xidməti onları yoxlayır.
“Yoxlama gələndə istədikləri qızılı götürüb yoxlaya bilir. Əgər saxtalıq müəyyənləşərsə, onda həmin mağazaya və işçisinə qanuni yolla cəza kəsilir. Mərkəzi Univermaqda saxta qızılların qarşısını almaq üçün çox ciddi yoxlamalar aparılır”.

Müsahibimiz deyir ki, qızılın tərkibini  ev şəraitində yoxlamaq imkansızdır. Amma qızıl mağazasına yaxınlaşıb  xüsusi kimyəvi maddə ilə yoxlatmaq olarr. Bu da 583 əyarlı yerli qızıllara aidir.

Qızıl alverçisinin sözlərinə görə, indi  ən bahalı qızıl ərəb ölkələrinə (999 və 916 əyarlı) məxsusdur.  Daha sonra İtaliya (750 əyarlı), Türkiyə və Ukrayna (585 əyarlı) qızılı gəlir.  Ukarayna qızılı 1997-ci ildən 585 əyyarla istehsal olunur. Qızılların keyfiyyəti onun əyyarı ilə ölçülür. Qızılın əyyarı yüksək olanda onun qiyməti də baha olur.

Bəs insanlar qızıl alarkən nəyə diqqət yetirməlidir?

“Qızıl alarkən onun əyarına diqqət yetirsinlər. Gələn malların hər birinin üzərində probu olur. Və bizim univermağa gələn mallar Maliyyə Nazirliyinin Qiymətli metallara və qiymətli daşlara nəzarət üzrə Dövlət Xidmətindən keçdiyinə görə qorxusu azdır. Amma təbii ki, burada hər gün reyd kecirlə bilməz. Və bəzi acgöz satıcılar tərəfindən saxtakarlıq hallarına yol verildiyi istisna deyil. Ona görə də qızıl alarkən onun əyarına baxılması vacibdir. Və satıcıdan qızıl haqında məlumat almaq və alınan qızılım yoxlanılmasını tələb etmək lazımdır”.

Maraqlıdır, ağ qızılla sarı qızıl arasında nə kimi fərqlər olur?

“Burada əsaslı heç bir fərq olmur. Ona görə olmur ki, əyarlar eynidir, heç bir fərq yoxdur. Aydın məsalədir ki, fərq onların rəngindədir. Bunların baha olması isə məmulatın modeli və üzərində olan brilliyant qaşlarla ölçülür. Qızılın baha olması onun modelindən asılıdır. Qızılların qramının qiyməti dünya bazarı ilə tənzimlənir. Amma modellərə görə qiymətlər ucuz və ya baha ola bilər”.




Emil Rasim

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama