Modern.az

Əmlak Komitəsi təkzib etdi: “Kərəm Həsənovla bağlı o xəbəri qəsdən yayıblar”

Əmlak Komitəsi təkzib etdi: “Kərəm Həsənovla bağlı o xəbəri qəsdən yayıblar”

İqtisadiyyat

14 Noyabr 2015, 15:49


Mətbuatda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Baş Prokurorluğa dəvət olunaraq, dindirildiyi barədə məlumat yayılıb.
Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov isə Modern.az saytına bildirib ki, bu məlumatların heç bir əsası yoxdur:

"Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin, iftira dolu məlumatlarda qeyd olunduğu kimi, Baş Prokurorluğa çağırılması xəbəri həqiqətə uyğun deyil. Bunlar tamamilə yalan, uydurma və böhtan xarakterli məlumatdır. Belə məlumatlar bir sıra qərəzli və külli miqdarda dövlət əmlakını əldə etmək istəyən, lakin buna Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən imkan verilməyən şəxslər tərəfindən bilərəkdən və qəsdən bəzi informasiya saytlarına ötürülərək Əmlak Məsələləri Dövlət Komitəsinin qanunvericiliklə müəyyən edilmiş fəaliyyətinə və nüfuzuna xələl gətirmək məqsədi və sabotaj xarakteri daşıyır. Əmlak Məsələləri Dövlət Komitəsi öz fəaliyyətində açıqlığın, şəffaflığın və ictimai məlumatlandırmanın təmin olunmasına çalışır və bununla bağlı siyasətini “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünün rəsmi internet səhifəsi, mətbu orqanları və digər kütləvi informasiya vasitələrində mətbuat məlumatlarının yayılması yolu ilə həyata keçirir".

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama