Modern.az

Banklara kart fırıldağı haqda xəbərdarlıq edildi

 Banklara kart fırıldağı haqda xəbərdarlıq edildi

İqtisadiyyat

14 Noyabr 2015, 20:01

 

“MasterCard Worldwide” beynəlxalq kart təşkilatı komersiya banklarına kart əməliyyatlarında fırıldaqçılıqla bağlı məlumat verib. Modern.az saytı xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb. Bildirilib ki, “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı kommersiya banklarının nümayəndələrinə ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar üzrə məlumatlara qeyri-qanuni müdaxilə və onların səlahiyyətsiz idarə olunması, ekvayrinq xidməti üzrə təsərrüfat subyektlərinin qeydiyyatı və monitorinqi, elektron ticarət vasitəsilə aparılan kart əməliyyatlarında fırıldaqçılıq halları ilə bağlı məlumatlandırıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı ilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı tərəfindən kommersiya banklarının nümayəndələri üçün “Fraud Clinic Event” mövzusunda seminar keçirib. Seminarda ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar üzrə məlumatlara qeyri-qanuni müdaxilə və onların səlahiyyətsiz idarə olunması, ekvayrinq xidməti üzrə təsərrüfat subyektlərinin qeydiyyatı və monitorinqi, elektron ticarət vasitəsilə aparılan kart əməliyyatlarında fırıldaqçılıq halları, o cümlədən bu sahədə son trendlər haqqında məlumat verilib. Seminar zamanı “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı tərəfindən ödəniş kartları ilə aparılan fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirləri açıqlanıb və bu sahədə beynəlxalq təcrübə bölüşülüb.  

 

Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama