Mili təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra mətbuatda bir neçə gün “MTN işi” ilə bağlı bəzi nazirlərin də vəzifəsi ilə vidalaşacağı haqda məlumatlar yayıldı. Ötən həftənin sonunda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun işdən çıxarılmasına məhz “MTN işi”nin səbəb olduğu bildirildi.
Bundan sonra vəzifədən uzaqlaşdırılma prosesinin iki nazirlə məhdudlaşmayacağı və daha bir neçəsinin bu aqibətlə üzləşəcəyi iddia edilir. Məsələ ilə bağlı istiqlal.az saytına hökumətdəki mənbədən bildirilib ki, hədəfdəki növbəti məmur vergilər naziri Fazil Məmmədovdur.
Nazirliyin analitik-informasiya şöbəsindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, nazir hazırda iş başındadır: “Vergilər Nazirliyinin fəaliyyəti adi rejimdə davam edir”.
Gülşən RAUFQIZI