ABŞ Ticarәt Departamenti rəhbərinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lalli Azərbaycanla Amerika arasında iqtisadi əlaqələrdən danışıb.
Modern.az saytının verdiyi xəbərə görə, o bu barədə jurnalistlərə açıqlamasında deyib ki, 2014-cü ildə ABŞ-Azərbaycan arasında olan ticarət dövriyyəsi 2 milyard dollar həcminə bərabərdir.
“Daha çox aviasiya, peyk və digər sahələr üzrə əməkdaşlıq edilib”,-deyə o açıqlayıb.
Maykl Lalli qeyd edib ki, iki ölkə arasında iqtisadiiyyat sferasında çox vacib potensial mövcuddur. Onun sözlərinə görə, təmsil etdiyi qurum bu potensialı genişləndirmək, dərinləşdirmək niyyətindədir.
Qeyd edək ki, ABŞ-ın 15 kompaniyasını təmsil edən iş adamlarından ibarət ticarət missiyası Azərbaycanda səfərdədirlər.
Aqşin Kərimov