Modern.az

“Milan Expo 2015”in yekunları - Ermənistan Azərbaycandan çəkinirdi…

“Milan Expo 2015”in yekunları - Ermənistan Azərbaycandan çəkinirdi…

İqtisadiyyat

19 Noyabr 2015, 18:07


Bu gün Heydər Əliyev Mərkəzində “Milan Expo 2015” tədbirinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib. Modern.az xəbər verir ki, mətbuat konfransını Heydər Əliyev Mərkəzinin direktoru və “Milan Expo 2015”də Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar Ələkbərov giriş sözü ilə açıb.

O, EXPO-da Azərbaycanın böyük uğurla təmsil olunduğunu və ölkəmizin pavilyonunun İtaliya mətbuatı tərəfindən “Milan Exponun incisi” adlandırıldığını deyib. Bundan başqa, Azərbaycanla rəqabətdən çəkinən Ermənistanın tədbirdə iştirakdan bütün mərhələlərdə imtina etməyə məcbur qaldığını deyib.

Daha sonra “Milan Expo 2015” sərgisinin Azərbaycanla bağlı hazırlanan videoçarxı nümayiş olunub.

Tədbirin davamında “Milan Expo 2015”də Azərbaycanmilli pavilyonu üzrə İşçi Qrupunun rəhbəri Vüqar Məmmədov çıxış edib. O çıxışında Azərbaycan pavilyonun strukturu,  ideyası və tərtibatının əsas özəllikləri, layihənin icra olunmasına sərf edkliən müddətdən və görülən digər işlərdən danışıb.

Qeyd edilib ki, EXPO-nun davam etdiyi 6 ay ərzində Azərbaycan pavilyonunu 3 milyon 250 min nəfərdən artıq ziyarətçi izləyib. Bu isə gün ərzində 20 mindən artıq insanın Azərbaycanla tanış olması demək olub.

“Milan Expo 2015”da Azərbaycan pavilyunun böyük uğur qazandığı və bu layihnin ölkəmizin tərənnümü baxımından önəmli olduğu bildirilib.

Pavilyunun arxiketoru olan italyan memarı Rikardo Ciqolotti isə layihənin ortaq səylərlə inşa olunduğunu və Azərbaycanın zəngin tarixini, mətbəxini və mədəniyyətini əks etdirən kompozisiya ilə yaradıldığını əlavə edib.

Mətbuat konfrasılnın sonunda jurnalistlərin suallarını cavablandıran Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Azərbaycan pavilyonunun Milanda sökülərək Bakıda yenidən qurulacağını deyib. Onun sözlərinə görə məsələ ilə bağlı Bakı İcra Hakimiyyəti və Nazirlər Kabinetinə müraciət edilib. Pavilyonun yerləşəcəyi yer dəqiqləşdirildikdən sonra müvafiq prosedurlar başlanılacaq.









V
üqar İsmayılov

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama