Modern.az

ABŞ Azərbaycana investisiyaları artıracaq

 ABŞ Azərbaycana investisiyaları artıracaq

20 Noyabr 2015, 22:44

 

ABŞ Azərbaycana investisiyaların həcmini artırmaq niyyətindədir. Modern.az saytı Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Ticarət Departamentinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lalli cümə günü Bakıda keçən Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) 20-illiyinə və ABŞ-ın ticarət missiyasının səfərinə həsr edilmiş tədbir zamanı jurnalistlərə bildirib.  

Onun sözlərinə görə, Azərbaycanın müstəqillik bəyannaması günündən ölkəyə ən böyük investorlardan biri ABŞ-dır.

"Əgər əvvəl biz yalnız neftqaz sektoruna sərmayə qoyurduqsa, ancaq indi biz qeyri-neft sahəsinə diqqət yetirməyi planlaşdırırıq: logistika, əczaçılıq, informasiya texnologiyaları və s.", - Lalli bildirib.  

Bu günə qədər ABŞ Azərbaycanın iqtisadiyyatına 10 milliard dollar həmində sərmayə qoyub. Hal-hazırda Azərbaycanda 235 ABŞ şirkəti fəaliyyət göstərir.   Bu ilin 9 ayı ərzində ölkələrin arasında əmtəə dövriyyəsi beş faiz artıb.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama