Modern.az

Bu rayonlarda qaz məhdudiyyəti olacaq

Bu rayonlarda qaz məhdudiyyəti olacaq

25 Noyabr 2015, 09:32

Abşeron, Siyəzən, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq. ARDNŞ-in mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, noyabrın 25-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Şimal DRES”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Giləzi”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Qaradəmirçi”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Dondarquşçu” və “Alabaşlı” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Məlumatda qeyd edilib ki, təmir işlərinin Bakının Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin, eyni zamanda Tovuz, Göygöl, Bərdə, Samux, Şəmkir, Xızı və Siyəzən rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.                               

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama