Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Füzuli rayonunda qış mövsümünə hazırlıqla əlaqədar geniş müşavirə keçirilib. Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti idarə, müəssisə təşkilatlar, ərazidəki icra nümayəndələri, bələdiyyələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Müşavirə iştirakçıları əvvəlcə Xəzər dənizində Günəşli yatağında baş vermiş faciə nəticəsində həlak olan neftçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İcra başçısı Alı Alıyev qışa hazırlıq məsələlərindən danışın, görülmüş işlərə münasibət bildirib. O, rayonun bütün yaşayış məntəqələrinin elektrik enerjisi və təbii qazla tam təchiz olunduğunu vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına uyğun olaraq rayonunişğal olunmayan bütün yaşayış məntəqələri qazlaşdırılıb.
“Füzuli rayonu ölkə başçısının diqqət və qayğısı nəticəsində respublikada yüz faiz qazlaşdırılmış yeganə rayondur. Görülən işlər qış aylarında mənzillərin, inzibati binaların, təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin, uşaq bağçalarının qızdırılmasına, bu sahədəki çətinliklərin aradan qaldırılmasına imkan verəcək”.
Sonra ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri qışa hazırlıqla əlaqədar kollektivlərdə həyata keçirilmiş tədbirlərdən bəhs ediblər. Vurğulanıb ki, rayonda qışa hazırlıq sahəsində bütün tədbirlər yüksək səviyyədə yerinə yetirilməlidir. Rayоnda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, eləcə də digər sоsial obyektlərin qışa hazırlanması, əhalinin qış mövsümündə enerji və yanacaqla fasiləsiz təmin оlunması, inzibati binaların, kəndarası yоlların təmiri diqqət mərkəzində saхlanılır.
İclasda rayon icra başçısı tərəfindən aidiyyəti təşkilat rəhbərlərinə qışa hazırlıqla əlaqədar konkret tapşırıqlar verilib. Diqqətə çatdırılıb ki, qış mövsümünə hazırlıqla əlaqədar mövcud transformator və yarımstansiyaların texniki baxışdan keçirilməsi təmin edilməli, istismara yararsız, standartlara uyğun gəlməyən, bir çox hallarda qəzalara səbəb olan elektrik avadanlıqları, paylayıcı xətlər təzələnməlidir. Əhalinin davamlı və dayanıqlı təbii qazla təminatı üçün qaz təchizatı sistemində texniki baxışın qısa müddətdə həyata keçirilməsi, nasazlıqların vaxtında aşkar edilərək aradan qaldırılması, istismara yararsız qaz xətləri və avadanlıqlarının müəyyən edilərək təzələnməsi vacibdir.
Müşavirənin sonunda rayon ictimaiyyəti adından bir daha Nardaran baş vermiş xoşagəlməz hərəkətlər pislənilib, rayon sakinlərinin bu hadisədən naratatlıq keçirdikləri ifadə olunub. Bildirilib ki, füzulililər bütün məsələlərdə olduğu kimi, bu gün də dövlət başçısının yanındadır, ona inanır, güvənir və dəstəkləyirlər.
Modern.az