Modern.az

Dəmir yolu yeni il ərəfəsi işini gücləndirəcək

Dəmir yolu yeni il ərəfəsi işini gücləndirəcək

15 Dekabr 2015, 14:45

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sərnişin daşımaları departamentinin kollektivi yeni 2016-cı il ərəfəsində gucləndirilmiş iş rejimində çalışacaq”.

Bu haqda Modern.az saytına “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

O qeyd edib ki, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür: “Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, qatarlara bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə həmin vaqon qatara qoşulan gün həyata keçirilir”.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama