Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektron ticarətin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2 dəfə artıb. Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilin on bir ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 11,5 milyon manat təşkil edib.
Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,6 faizi hüquqi şəxslərdən, 8,4 faizi isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,2 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.
Modern.az