Modern.az

Əhalinin gəlirləri 5,7 faiz artıb - DSK

  Əhalinin gəlirləri 5,7 faiz artıb  - DSK

İqtisadiyyat

17 Dekabr 2015, 21:33


Bu ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 5,7 faiz artaraq 36,8 milyard manata çatıb. Modern.az saytı Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, bu gəlir əhalinin hər nəfərinə orta hesabla 3860,5 manat təşkil edib.

Əhalinin hər nəfərinə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 0,7 faiz bəndi üstələyərək 4,4 faiz olub. Bu dövr ərzində gəlirlərin 75,7 faizi son istehlak xərclərinə, 9,5 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 3,0 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 11,8 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 33,3 milyard manat həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 5,6 faiz çox vəsait qalıb.

Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama