Modern.az

Argentina pulu 30 faiz ucuzlaşdı

Argentina pulu 30 faiz ucuzlaşdı

18 Dekabr 2015, 14:42


Bugünkü birjalarda Argentinanın milli valyutası peso 30 faiz ucuzlaşıb.  

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu hökumətin 2011-ci ildə milli valyutanın əcnəbi valyuta ilə dəyişdirilməsinə qoyduğu məhdudiyyəti aradan qaldırmasından sonra baş verib.

Bununla da 1 dollar 13,4 pesoya qədər bahalaşıb və 14 ilin anti-rekordunu təzələyib.  

Argentinanın yeni seçilən prezidenti Maurisiyo Marki valyutaya qarşı tətbiq edilən məhdudiyyətləri aradan götürəcəyi ilə bağlı seçki kampaniyasında verdiyi vədinə əməl edib.

Bundan əvvəl, argentinalılar ayda yalnız 2 min dollara qədər vəsaiti xarici valyutaya dəyişə bilərdilər.   Yeni addımla hökumət ölkə iqtisadiyyatını xarici investorlar üçün daha cəlbedici etməyi planlaşdırır.  

Vüqar İsmayılov  

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama