Modern.az

Dövlət Neft Fondu banklara 200 milyon dollar satdı

 Dövlət Neft Fondu banklara 200 milyon dollar satdı

13 Yanvar 2016, 20:02

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını bərpa edib. Modern.az xəbər verir ki, bu barədə Fondun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, bu gün yeni mexanizm ilə - Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə ilk hərrac təşkil edilib. Bununla da ölkədəki bütün banklar hərracda iştirak etmək imkanı əldə edib. 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 32 banka satılıb. İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.    

Modern.az

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama