Modern.az

Dövlət Neft Fondu sabah daha 200 milyon dollar satacaq

 Dövlət Neft Fondu sabah daha 200 milyon dollar satacaq

14 Yanvar 2016, 20:19

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını davam etdirir. 15 yanvar 2016-cı il tarixində Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə hərrac təşkil ediləcək. Fonddan Modern.az saytına verilən məlumata görə, hərracda ölkədəki bütün bankların iştirak etmək imkanı var. Hərraca 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarılacaq.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Qeyd edək ki, Fond iki gün öncə də hərrac keçirərək 200 milyon ABŞ dolları satıb. Həmin vəsaitin böyük hissəsini Paşa Bank və Azərbaycan Beynəlxalq Bankı alıb.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama