Bolqarıstan Avropa Birliyi rəhbərliyinə yeni qaz kəməri layihəsi təklif edib.
Modern.az Qərb mətbuatına istinadən xəbər verir ki, yeni qaz kəməri Ukraynanı yan keçməklə Rusiya, Azərbaycan və Türkmənistan qazını Avropaya çatdırmalıdır. Bolqarıstan baş naziri Boyko Borisov Avropanın əsas qaz tranziti ölkəsinə çevrilməyi planlaşdırdığını deyib. “Biz “Balkan” qaz anbarının hesabına Cənub-Şərqi və Mərkəzi Avropa üçün əsas qaz tranzit ölkəsi olmağı planlayırıq”. Borisov Rusiyanın “Cənub axını”nın sualtı hissəsini inşa etməyə hazır olduğunu və yeni kəmərin ildə 10 milyard kub metr qaz ixrac edə biləcəyini deyib. Layihəyə əsasən ölkədə tikilən “Balkan” qaz xabı Azərbaycan, Türkmənistan və Rusiya qazının toplanmasına xidmət edəcək və sonradan Avropa ölkələrini qazla təmin edəcək.
Modern.az