Modern.az

“Qara qızıl”dan növbəti “surpriz” -qiymət 29 dollara düşdü

 “Qara qızıl”dan növbəti “surpriz” -qiymət 29 dollara düşdü

15 Yanvar 2016, 22:36


 

Bu gün Brent markalı neft 29 dollara düşüb. Modern.az saytı xəbər verir ki, bu 2004-cü ilin fevralından sonra ən aşağı qiymətdir.

Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 6,41% ucuzlaşaraq 29,20 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 6,49% azalaraq 28,88 dollaradək düşüb.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama