“Azərbaycanda un və çörək qonşu ölkələrdən ucuzdur”. Modern.az xəbər verir ki, bu fikirlər İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinindən yaydığı məlumatda öz aksini tapıb.
Nazirlikdən bildirilib ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad olunub. Bunun nəticəsi olaraq, hazırda 50 kiloqramlıq 1 kisə əla növ buğda unuunun pərakəndə satış qiyməti ölkə ərazisində 23-24 manatadək enib.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda deyilir ki, unun yeni qiymətləri qonşu ölkələrdəkindən xeyli aşağıdır.
“Müqayisə üçün; Gürcüstanda 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti 31-32 manat, Türkiyədə 30-33 manat arasındadır. Çörəyin qiymətinə gəlincə isə, Azərbaycanda hazırda əla növ buğda unundan bişiriimiş 500 qramlıq çörəyin pərakəndə satış qiyməti 30 qəpik təşkil edir. Əla növ buğda unundan bişirilmiş çörəyin 500 qramının pərakəndə satış qiyməti Gürcüstanda 50-70 qəpik, Türkiyədə 1.10-1.20 manat, Rusiyada 60-80 qəpik arasında dəyişir”.
Ağa AKİFOĞLU