Avropa Birliyi və ABŞ-ın İranın üzərindən sanksiyaları götürməsi xəbəri dünya neft bazarında sürətli ucuzlaşmaya səbəb olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün səhər açılan Nyu-York birjasında Brent markalı neft 2,27% dəyər itirib və 1 barelə görə 28,57 dollara satılır.
Neft 1 saatlıq olsa da, 27,71 dollara düşmüş və bununla 2003-cü ilin yanvarından bəri müşahidə olunmayan qiymətə satılmışdı. Lakin sonradan “qara qızıl” bir qədər bahalaşaraq, 28 dollar səviyyəsinə qayıdıb.
WTI markalı neft isə 0,97 ucuzlaşaraq, 30,09 dollara düşüb.
Vüqar İsmayılov