Modern.az

Bank of Azerbaijan-ın lisenziyası ləğv edildi

Bank of Azerbaijan-ın lisenziyası ləğv edildi

İqtisadiyyat

18 Yanvar 2016, 17:31


Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli, 4 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib.

Mərkəzi Bankdan Modern.az saytına verilən məlumatda bildirilib ki, “Banklarhaqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 18.01.2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.

Azərbaycan Respublikası Mərkəzi Bankı bildirir ki, “Bank of Azerbaijan” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama