Modern.az

“5000 dollaradək krediti olanlar borcunu köhnə məzənnə ilə ödəyə bilər” - AÇIQLAMA

“5000 dollaradək krediti olanlar borcunu köhnə məzənnə ilə ödəyə bilər” - AÇIQLAMA

19 Yanvar 2016, 12:33


“Azərbaycanda dollarla olan kreditlər üzrə borcların 1 dollara görə 1,05 manat məzənnəsi ilə ödənilməsi məsələsini müzakirə etmək lazımdır”.

Modern.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. O, dollarla kredit götürən borclulara güzəşt edilib-edilməyəcəyinə bel’ aydınlıq gətirib.

"5000 dollaradək kredit götürən müştərilərə müəyyən güzəştlər ola bilər.

İlkin hesablamalara görə, söhbət 250 milyon manatdan gedir. Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyini tapılmasıdır. Bu, təkcə Mərkəzi Bankın səlahiyyətinə aid olan məsələ deyil, buna bütövlükdə Azərbaycanın iqtisadi komandası qərar verməlidir".

E.Rüstəmov eyni zamanda Azərbaycan banklarında konsolidasiya prosesinin baş verəcəyini də vurğualyıb.

“Zəif banklar birləşməlidir və bu bankların birləşməsi əhalidə də rahatlıq yaradacaq. Zəif bankların birləşməsi beynəlxalq banklar üçün də əlverişlidir. “Bu, bankların kredit cəlb etməsinə köməklik göstərəcək. Mərkəzi Banka bununla bağlı müraciət daxil olub. Söhbət 5-7 bankın konsolidasiyasından gedir”, - deyə Elman Rüstəmov qeyd edib.

Aytən Zəhra

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama