Modern.az

Gömrük Komitəsindən texniki kartofun ərzaq kimi satılmasına REAKSİYA

Gömrük Komitəsindən texniki kartofun ərzaq kimi satılmasına REAKSİYA

19 Yanvar 2016, 15:42


Son günlər bir sıra kütləvi informasiya vasitələrində texniki təyinatlı və heyvandarlıqda yem kimi istifadə olunan kartof, buğda  məhsullarının ölkəyə gətirilməsi və qida məhsulu kimi əhaliyə satılması barədə məlumatlar yayılır. 

Yayılan məlumatlarda o da vurğulanır ki, bu məhsullar qanunvericilikdə nəzərdə tutulan sertifikatlar və müvafiq sənədlər olmadan idxal olunur.

Dövlət Gömrük Komitəsi məsələyə münasibət bildirərək, deyilənlərlə razılaşmayıb. Komitənin mətbuat xidmətindən Modern.az-a daxil olan məlumatda bildirilir ki, səsləndirilən bu kimi fikirlərin heç bir əsası yoxdur.
“Belə ki, ölkəyə idxal olunan bütün ərzaq məhsulları qanunvericiliklə müəyyən edilən  sertifikatlar və müvafiq mal müşayiət sənədləri ilə təmin olunur. Bu qəbildən olan malları gömrük sərhədindən keçirilmək istəyən fiziki və hüquqi şəxslər Kənd Təsərrüfatı  Nazirliyinin idxal karantin icazə məktubunu, Səhiyyə Nazirliyinin gigiyenik sertifikatını gömrük orqanına təqdim edir, daha  sonra isə  gömrük-sərhəd buraxılış məntəqəsində bitki  karantin xidməti şöbəsinin əməkdaşları mallara vizual baxış keçirir. 

Onu da qeyd edək ki, gigiyenik sertifikat idxal olunması nəzərdə tutulan məhsullar labarator müayinədən keçirildikdən sonra verilir.  Əks halda sənədləri qanunvericiliyin tələblərinə cavab verməyən istənilən mal ölkə ərazisinə buraxılmır”.






Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama