Modern.az

Ukraynadan Çinə gedən ilk tranzit yükdaşıması sabah Azərbaycanda olacaq

Ukraynadan Çinə gedən ilk tranzit yükdaşıması sabah Azərbaycanda olacaq

21 Yanvar 2016, 11:59


“Ukraynadan yola düşən ilk tranzit konteyner daşınması hazırda Gürcüstan ərazisindədir. Sabah günorta 14:00 radələrində Azərbaycan ərazisində olması planlaşdırılır”.

Bu haqda Modern.az saytına “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

O qeyd edib ki, ilk tranzit yükdaşınması Gürcüstan və Azərbaycan üzərindən, eləcə də Qazaxıstandan keçməklə Çinə çatdırılacaq:

“Qatar Odessadan çıxıb, hazırda Gürcüstan limanına yan alır. Gəmi-bərəyə daxil olan kimi onun Azərbaycan ərazisinə gəlməsi tam dəqiqləşəcək. Odessadan gələn yük gəmi vasitəsilə limana aparılır. Oradan qatar vasitəsilə Gürcüstan və Azərbaycandan keçməklə, Xəzər dənizi vasitəsilə Aktau və Qazaxıstan ərazisindən Çinə çatdırılacaq”.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama